Türkiyədə bomba partladı – Ölən və yaralanan var (VİDEO)

13 Fevral 2015 13:56 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "f5haber" saytı yayıb.

Hadisə yerli vaxtla saat 10:45 radələrində Şanlıurfanın Suruç rayonunda baş verib.

Avtomobildə quraşdırılan bombanın partlaması nəticəsində ölən və yaralanan olub. Onların sayı haqda dəqiq məlumat verilmir

Hadisədə aralarında polislərin də olduğu yaralılar xəstəxanaya aparılıb.

Şanlıurfa valisi İzzettin Küçük zibil konteynerində baş verən partlayışda biri polis olmaqla 2 nəfərin yüngül xəsarət aldığını deyib.

Faktla bağlı araşdırma araşdırılır.