Şumaxer “Formula-1” getdi

4 Oktyabr 2012 09:02 (UTC+04:00)
Yeddiqat çempion Mixael Şumaxer "Formula-1" yarışlarından getdiyini açıqlayıb. AzNews.az-ın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə açıqlamanı Şumaxer "Yaponiya Qran-pri" -dən öncə jurnalistlərə verdiyi müsahibədə səsləndirib.

O, qeyd edib ki, bu sezondan sonra artıq yarışlarda çıxış etməyəcək. "Mən öz karyeramdan razıyam. Rəhbərliyə, mühəndislərə, mexaniklərə təşəkkür etmək istəyirəm. İndi fikrimi yalnız sezonun sonuna yönəltmişəm. Daha sonra azarkeşlərlə bərabər yarışlara baxmaqdan zövq almaq imkanım olacaq".

Qeyd edək ki, Şumaxeri Mersedes komandasında 2008-ci ildə çempion olmuş britaniyalı Luis Hamilton əvəz edəcək.

Sadiq Musa
AzNews.az