Erməni tərəfi Azərbaycan icması ilə görüşdən qaçır

4 Oktyabr 2012 09:06 (UTC+04:00)
"Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının növbəti görüşünün vaxtı hələ bilinmir". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Kamal Abdulla deyib.

Onun sözlərinə görə, erməni tərəfi həmişə olduğu kimi Azərbaycan icması ilə görüşdən qaçır: "Ona görə də növbəti görüşün nə zaman keçiriləcəyini deyə bilmirəm".

AzNews.az