Sevgilinizə solmayan güllər verin- FOTO

13 Fevral 2015 20:02 (UTC+04:00)

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Süleyman Dəmirəl Universitetinin Gül və Gül Məmulatları Araşdırma Mərkəzi tərəfindən hazırlanan güllər 6 ayadək solmur.

Mərkəzin direktor müavini Ümid Ərdoğan bildirib ki, miniatür güllər içində xüsusi maye yerləşdirilmiş şüşə fənərlərin içinə qoyulub.

Onun sözlərinə görə, xüsusi maye güllərin ömrünü uzatmağa imkan verir: "İnsan sevgilisinə verdiyi gülün uzunömürlü olmasını istəyir. Buna görə də belə bir layihəyə imza atdıq".

Ü.Ərdoğan qeyd edib ki, 6 aydan sonra gül bağçada və ya saxsı qaba basdırıla bilər.