“Bu, ABŞ-ın maraqları deyil” - Siyavuş Novruzov
14 Fevral 2015 12:57 (UTC+04:00)
AzNews.az ın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisdə "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda keçirilən dinləmələrdə səsləndirib.
Bildirib ki, Azərbaycan neft, enerji sektoru ilə əlaqədar ABŞ-ın dəstəyini hər zaman hiss edib: "Çəkilən kəmərlərə nəzər salsaq, görərik ki, onların çəkilməsində ABŞ-ın xüsusi strateji dəstəyi olub. Azərbaycanın hərbi sahədə də ABŞ-la strateji əməkdaşlığı var. Biz hər zaman ABŞ-la strateji müttəfiqliyə sadiq qalmışıq".
Millət vəkili bu yaxınlarda ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili ilə baş tutan görüşünün nəticələrindən danışıb: "Görüşdə qərara gəldik ki, məsələləri bəyanatlarla deyil, müzakirələrlə, dialoqlarla aydınlaşdırmaq lazımdır. Kimsə gedib Kozlariçdən həftədə bir dəfə müsahibə alırsa və onu "Azadlıq" qəzetində dəsr edirsə, bu, ABŞ-ın maraqları deyil. Lakin ABŞ-la Azərbaycan arasında münasibətləri qızışdırmaq istəyən dövlətlər bunu fakt kimi ortaya atır. Hesab edirəm ki, bu məsələlər bizim strateji müttəfiqliyimizə heç bir xələl gətirə bilməz".