Baş məşqçi qovuldu

14 Fevral 2015 18:44 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, buna səbəb millinin futbolçusunun dalaşması olub.

Hadisə Tailandda keçirilən Kral kuboku turnirində, Cənubi Koreya ilə oyunda baş verib. Özbəkistanın qalib gəldiyi oyunun gedişində (1:0) millinin futbolçusu Tohir Şamsiddinov cənubi koreyalı futbolçunun sifətinə bir neçə yumruq zərbəsi vurub və qırmızı vərəqəylə cəzalanıb.

Özbəkistan Futbol Federasiyası bu hadisəni "beynəlxalq aləmdə ölkənin nüfuzuna vurulan zərbə" kimi qiymətləndirib və Maqsudovu postundan qovmağa qərar verib.

Tohir Şamsiddinov isə bir il müddətinə diskvalifikasiya olunub.