Bakıda iki sərnişin avtobusu toqquşdu- Yaralılar var
14 Fevral 2015 18:56 (UTC+04:00)
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən "Nargilə" kafesinin qarşısında qeydə alınıb.
Qəza zamanı iki "Daewoo" markalı sərnişin avtobusu toqquşub.
İlkin məlumata görə, qəza zamanı bir neçə nəfər xəsarət alıb.