Azərbaycanda informasiya təhlükəsizliyi üzrə laboratoriya yaradılır
15 Fevral 2015 09:01 (UTC+04:00)
Laboratoriya yaxın aylarda yaradılacaq. Laboratoriyanın əsas vəzifələrinə kibertəhdidlərin analizi, onlarla mübarizə metodlarının tətbiqi, kompüter şəbəkələrinin təhlükəsizliyinin və proqram təminatının yoxlanılması və s. daxildir.
Analizin aparılması üçün proqram-aparat komplekslərinin alınması planlaşdırılır. İnformasiya təhlükəsizliyi sistemlərinin analizi kompüter şəbəkələrinin cinayətkarların hücumlarından müdafiəsini təmin etməyə və çatışmazlıqları üzə çıxartmağa imkan verəcək.