Şirvanda tütün əleyhinə aksiya

1 Oktyabr 2012 10:05 (UTC+04:00)

Şirvan şəhərində "Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə "Gənclər arasında tütünə qarşı mübarizə işinin təşkili" layihəsi çərçivəsində silsilə tədbirlər davam edir.

Oktyabr 1-də Şirvan şəhərində 18 saylı orta məktəbdə növbəti tədbir təşkil olunub.

Tədbirdə qeyri-hökumət qurumlarının aidiyyəti ekspertlər, məktəblilər və gənclər iştirak ediblər.

Tədbirin rəsmi hissəsindən sonra şəhərin müxtəlif zonalarında tütünün insan orqanizminə zərəri haqda məlumat tipli bukletlər orta məktəb şagirdləri, gənclər və yerli əhali arasında "Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək" İctimai Birliyinin üzvləri tərəfindən paylanılıb.

AzNews.az