“Qarabağ Uğrunda” Jurnalist Hərəkatının LOQOsu hazırlandı

16 Fevral 2015 10:01 (UTC+04:00)


AzNews.az "Qarabağ Uğrunda" Jurnalist Hərəkatına istinadən xəbər verir ki, loqonun əsas komponenti gilzəsi qələm başlığı ilə əvəzlənmiş güllədir. "Silahımız qələmdir" mənasını ehtiva edən bu element Hərəkatın əsas tanıtım işarəsi olacaq. Bundan başqa, loqoda bir neçə vacib komponent də yer alıb. Bunlar işğal olunmuş rayonların xəritədəki görünüşü və onların adlarıdır. Veb-dizayner Anar Ağayarov tərəfindən hazırlanmış loqoda Hərəkatın adı həm Azərbaycan, həm də ingilis dillərində əks olunub.