Öz şəhərini bombalayan bu qadını tanıyın - FOTOLAR
16 Fevral 2015 10:43 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "bigmir" saytı yayıb.
Məlumata görə, Debalçevo şəhərinə edilən əməliyyatı bu şəhərin sakini, ehtiyatda olan milis polkovnik-leytenantı Olqa Kaçura həyata keçirib.

Bu faktı Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə rəhbəri Vyaçeslav Abroskin özünün Facebook səhifəsində yazıb.

Kaçura 2011-ci ildə milis orqanından tərxis edildikdən sonra Donetsk şəhər idarəsində separatçılarla birgə Kirov rayon milis şöbəsində çalışıb.
Abroskin yazır ki, Olqanı keçmiş əməkdaşları ən əclaf adam kimi qələmə verirlər: "Onun, həmçinin tez-tez spirtli içkilərdən də istifadə edildiyi deyilir".
Olqa Kaçura Debalçevo şəhərinə Minskdə keçirilən görüş zamanı çoxlu sayda mərmi atıb.
Xatırladaq ki, Donbassda atəşkəs haqqında razılaşmanın qüvvəyə minməsinə baxmayaraq bu şəhər ətrafında toqquşmalar yenə də davam edir.
Bu məlumatı Ali Radanın deputatı Dmitri Tımçuk özünün Facebook səhifəsində təsdiq edib.
