Fəxri konsul Bəstəkarlar İttifaqında

4 Oktyabr 2012 10:45 (UTC+04:00)
Dünən Bəstəkarlar İttifaqında Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə səfər edən Almaniya Federativ Respublikasının Ştutqart şəhərindəki fəxri konsolumuz Otto Hauzerlə görüş keçirilib.

Qonağı salamlayan Azərbaycan Bəstəkarlar İttifaqının sədri xalq artisti, professor Firəngiz Əlizadə Azərbaycanla-Almaniya arasındakı mədəni əlaqələrdən söhbət açmış, Azərbaycan mədəniyyətini Avropada tərənnüm edilməsində böyük xidmətlərinə görə qonağa minnətdarlığını bildirib. Səmimi qəbula görə təşəkkür edən Otto Hauser Azərbaycan və Almaniya arasındakı tarixi-mədəni əlaqələr, bu əlaqələrin müasir vəziyyəti və zəruriliyi barədə danışıb.

Sonra Dövlət Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun iştirakı ilə konsert proqramı keçirilib. Konsertdə Azərbaycan bəstəkarları Asəf Zeynallının "Ölkəm", Günay Mirzəyevanın "Romans", klassik alman bəstəkarları Robert Şumanın "Un valde", Frans Şubertin "Ave Mariya" əsərlərinə, həmçinin "Ay sallanan gedən yar" xalq mahnısına qulaq asan Otto Hauzer Almaniyanın dövlət bayramı gününüə təsadüf edən görüşün şərəfinə təşkil edilən konsertə görə minnətdarlığını bildirib.

Bahar Rüstəmli
AzNews.az