Böyrəyini tanımadığı kişiyə verdi və ... (FOTOLAR)
16 Fevral 2015 12:53 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "USA Today" nəşri yayıb.
Bir müddət keçdikdən sonra onlar evləniblər. Hadisə isə belə olub. Dializ xəstəsi olan 25 yaşlı Denni Robinsona böyrək lazım olduğunu Eşlinin anası radioda eşidib. Bu haqda məlumatı oğlanın anası yayıb və vətəndaşlardan xahiş edib ki, oğlunu xilas etsinlər.
Eşli isə çox gözləmədən donor olmaq qərarına gəlib. Bu xəbər iki il özünə böyrək tapa bilməyən oğlanı çox sevindirib. Eşli isə analiz verib və əməliyyata başlanılıb.
ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində yaşayan hər iki ailə yaxından tanış olub. Əməliyyatdan sonra qız bir böyrəklə yaşayıb. Oğlanın isə çalışmayan iki böyrəyinə sağlam bir böyrək əlavə edilib.
Xəstəxanadan sonra onlar yaxından ünsiyyətdə olublar. Yeni il ərəfəsində Denni Eşliyə evlənmək təklifi edib.
Denninin anası Dəniz Ştatzenberqer jurnalisitlərə deyib ki, o, oğlunun ilk tanışlıqdan sonra donor qızla evlənəcəyini hiss edib: "Mən Eşliyə dedim ki, sən mənim gəlinim olacaqsan. Hisslərim, deyəsən məni aldatmayacaq, siz evlənəcəksiniz".