Tarkan da Özgəcan üçün qara geyindi
16 Fevral 2015 13:02 (UTC+04:00)
AzNews.az xəbər verir ki, müğənni bu barədə özünün Facebook hesabında yazıb. Tarkan Özgəcan Aslan üçün yas saxladığını vurğulayıb.
"Bu gün mən də qara geyindim. Özgəcan Aslan üçün yasdayam. Bu ölkədə qadına qarşı təzyiq və cinayətlərə şahid olduqca, içim yanır və kişi olduğuma görə utanıram. Qadına təzyiq Türkiyənin ən böyük əskikliyidir. Türkiyə bu biabırçılıqdan ancaq qanunla qurtula bilər. Buradan hökümətə və aidiyyatı qurumlara səslənirəm: "Qadınlarımızın öldürülməsinə, təzyiqlə üzləşməsinə bundan artıq göz yummayın. Ciddi cəzalarla, qanunlarla bunun qarşısını alın. Daha artıq qadının öldürülməsinimi gözləyirsiniz?", – deyə müğənni çağırış edib.