Türkiyədə 2 erməni həbs edildi, 3-ü isə axtarışa verildi

16 Fevral 2015 16:07 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Türkiyənin "haberler" saytı yayıb.

Məlumatda deyilir ki, ermənilər 50 min dollar oğurlamaqda ittiham edilir. Qrupa Eriknaz A. adlı erməni başçılıq edib. Onunla birgə Sergey T. adlı daha bir erməni də ələ keçirilib. Digər 3 erməninin axtarışı isə davam edir.

Ermənilərdən biri oğurluq edilən evdə işə düzəlib və sonradan ev sahibini soymaq qərarına gəlib. Onların oğurluq "fəaliyyəti" isə müşahidə kamerasına düşüb.
Həmin şəxslərin Ermənistan vətəndaşı olduğu deyilir.

Bu olayla bağlı digər məlumat verilmir.