Sarkisyan siyasi risk etməkdən qorxdu

4 Oktyabr 2012 11:00 (UTC+04:00)
Erməni hökuməti indiki mərhələdə Dağlıq Qarabağdakı separatçı rejimin müstəqilliyinin tanınmasına dair təqdim olunmuş qanun layihəsinin müzakirə və qəbulunu məqsədyönlü hesab etmir.

AzNews.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu fikirlər ölkə hökumətinin parlamentə təqdim olunan qanun layihəsinə verdiyi rəydə əks olunub.

Verilən rəylə Ermənistan hökuməti "İrs" fraksiyasının üzvü, millət vəkili Zarui Postandjyanın təqdim etdiyi "Dağlıq Qarabağ Respublikasının tanınması haqqında" qanun layihəsini də rədd etmiş olur.

Sevinc
AzNews.az