Gonbul uşaqları olan ailələr cərimə olunacaq

16 Fevral 2015 18:06 (UTC+04:00)


Trend-in "Türkiyə" qəzetinə istinadən verdiyi məlumata əsasən, hökumət ölkədə artıq çəki ilə mabarizə aparmaq məqsədilə qanun layihəsi hazırlayıb. Layihəyə əsasən, valideynlər müəyyən vaxt kəsiyində uşaqlarını arıqlada bilməsələr, onlara 800 dollaradək cərimə cəzası tətbiq ediləcək.

Qanun qəbul edilsə, müəllimlər məktəblərdəki potensial kök uşaqları təsbit edərək ailələrini xəbərdar edəcəklər.

Gonbul uşaqları olan ailələrə isə Səhiyyə Nazirliyi tərəfindən 6 ay müddətində nəzarət ediləcək.

Qeyd edək ki, ölkədəki uşaqların 28 faizi artıq çəkidən əziyyət çəkir.