Bakı-Quba yolunda ağır qəza- Ölənlər var

16 Fevral 2015 18:15 (UTC+04:00)


Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Bakı-Quba yolunun 11-ci kilometrliyində, Abşeron rayonu ərazisində qeydə alınıb. "Azsamand" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində minik maşınının sürücüsü və sərnişini hadisə yerindəcə dünyasını dəyişib. Onların kimliyi hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.