Neft qatarı relsdən çıxdı, yanğın oldu – VİDEO

17 Fevral 2015 08:49 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Associated Press" agentliyi yayıb.

Məlumatda deyilir ki, qəza zamanı iki sistern Kanova çayına düşüb, 14-ü isə yanmağa başlayıb. Nəticədə yaxınlıqda olan evdə də yanğın olub.

Bu olaya görə Qərbi Virciniyanın 2 şəhərində (Adena-Villic və Bumer-Bottom) yaşayan əhali evakuasiya edilib.

Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Yanğının indiyədək söndürülmədiyi bildirilir.

Qəzanın səbəbləri haqda dəqiq bilgi verilmir.