“Səməd Səmədov ruhi xəstədir” - İDDİA

4 Oktyabr 2012 11:24 (UTC+04:00)
Xalq artisti Səməd Səmədov bu gün ANS televiziyasında yayımlanan "Günəbaxan" verilişində qonaq olarkən, maraqlı açıqlamalarıyla diqqət çəkib. AzNews.az-ın məlumatına görə, S.Səmədov tanınmağından danışıb:

"Bəlkə də çoxu bilmir, amma mənim tanınmağım heyvanlara sevgimlə bağlıdır. Mən harada heyvan görürəmsə, qayğı göstərməyə çalışıram və özüm də evimdə it saxlayıram".

Müğənninin bu açıqlamasına tənqidçi-müğənni Əli Mirəliyev cavab verib. O, S.Səmədov haqqında tənqidi fikirlər səsləndirərək, onu ifaçılıq sənətindən bixəbər şəxs kimi təqdim edib:

"O, ruhi xəstədir. Musiqidə sözünü deməyən adamdır. Əlbəttə ki, başqa işlərlə məşğul olmağa başlayacaq. Musiqi hara, Səməd hara? Səməd nə vaxtdan oxuyan olub? Lap Elza olsun... onlar performans edirlər. İtlərə, pişiklərə toxunmaqla, gündəmdə qalmaq istəyirlər.

Öz anasına, atasına və musiqisinə qiymət vermirsə, itdən, pişikdən danışacaq da... biz də heyvan saxlayırıq. Nə olsun? Heyvanın musiqiyə nə aidiyyəti var? Heyvan başqa söhbətdir, musiqi başqa söhbətdir".

Fuad Mədətov
AzNews.az