“Mənim heç vaxt ikinci ərim olmayacaq“ - Röya

17 Fevral 2015 12:27 (UTC+04:00)


AzNews.az xəbər verir ki,sənətçi bu haqda ATVxəbər.az-a müsahibəsində bildirib:

"İkinci dəfə ailə qurmağı düşünmürəm. Amma həyat mənə elə bir dərslər verdi ki, mən heç vaxt etmərəm, bilmirəm sözlərini demərəm. Amma mənim heç vaxt ikinci ərim olmayacaq. Mənim ərim bir nəfər idi. Oldu və bitdi. Vəssalam. Ondan başqa heç kəsi istəmirəm. Anar yenidən evlənsə, xoşbəxt olsun. O, məndən qat-qat artıq adam idi. Mən ona layiq deyilmişəm".