Türkiyə hərbi əməliyyatlara hazırdı - Müharibə başlayır

4 Oktyabr 2012 12:19 (UTC+04:00)


Türkiyə Silahlı Qüvvələrinin ölkə xaricinə göndərilməsi ilə bağlı hökumətə 1 il müddətinə səlahiyyət verilməsini nəzərdə tutan qərar layihəsi qəbul edilib.
AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, layihə Türkiyə Böyük Millət Məclisinin bu gün keçirilən toplantısında müzakirəyə çıxarılaraq səsə qoyulub.

Qeyd edək ki, sənəd 320 nəfər lehinə, 129 nəfər əleyhinə səslə qəbul olunub. Artıq hökumət ordu Suriya ərazisinə keçib orada hərbi və ya humanitar əməliyyatlar həyata keçirə bilər.

Xatırladaq ki, oktyabrın 3-də Suriya ordusunun Türkiyə ərazisini atəşə tutması nəticəsində 5 dinc sakinin həyatına son qoyulub.

Sevinc
AzNews.az