Bu qadın əlifbadakı bütün hərfləri özünə ad seçdi
18 Fevral 2015 09:06 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "The Daily Mirror" nəşri yayıb.
Məlumatda deyilir ki, 36 yaşlı qadının əvvəlki adı Ledizanqa Koborq olub. O, yeni adını qoymaq üçün iki ilini sərf edib. Hazırda onun adı belə adlanır: Abcdefg Hijklmn Opqrst Uvwxyz.
3 universitetdə müəllimə işləyən və seksual geyimləri ilə seçilən qadın addəyişmənin səbəbini belə açıqlayıb: "Adımı ona görə dəyişdim ki, heç kəs mənim kim olduğumu bilməsin".
Kolumbiya Dövlət Reyestrinin rəsmisi Daniel Molano deyib ki, notarius qadına adının dəyişdirilməsinə razılıq verməsəydi, qanunu pozmuş olardı.