Filip Kirkorov Bakıda niyə çox qalacaq?

4 Oktyabr 2012 12:39 (UTC+04:00)
Rusiyanın məşhur müğənnisi Filip Kirkorov Bakıda iki gün konsert proqramıyla çıxış edəcək. AzNews.az-ın məlumatına görə, F.Kirkorov Heydər Əliyev Sarayında noyabrın 8-i və 9-da tamaşaçıların qarşısına çıxacaq.

Saraydan verilən məlumata görə, konsertin sayının iki gün olmasına səbəb çoxsaylı tamaşaçıların istəyi ilə həyata keçirilib. F.Kirkorov konsert proqramında 3D şousu da təqdim edəcək.

Fuad Mədətov
AzNews.az