18 yaşlı gənc baş kəsdi - Gəncədə

18 Fevral 2015 10:33 (UTC+04:00)


AzNews.az Trend-ə istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Əliyev Şahlar Şahin oğlu qısqanclıq zəminində bacısı ilə münasibətləri olan 1997-ci il təvəllüdlü Hacıyev İmaməddin İmaməli oğlunun başını kəsərək qətlə yetirib.

Ş.Əliyev qətli tərətdikdən sonra könüllü olaraq polisə təslim olub.

Hazırda cinayətin hansı şəraitdə törədildiyi araşdırılır.