İsraildə IX əsrə aid xəzinə tapıldı
18 Fevral 2015 12:34 (UTC+04:00)
AzNews.az verir ki, xəzinə qızıl sikkələrdən ibarət olub.
Arxeoloqlar hesab edir ki, qızıl sikkələr daha böyük sensasiyalı tapıntıların – batmış orta əsr gəmisinin müjdəçisi ola bilər.
Dalğıc klubunun 5 üzvü sikkələrin əvvəlcə stolüstü oyunun bir parçası olduğunu zənn ediblər. Onların qızıl olduğuna əmin olduqdan sonra isə mütəxəssisləri çağırıblar. Xəzinədən 2 minə yaxın sikkə çıxıb.
Xəzinədəki pullar IX-XI əsrlərə aiddir və indiki İsrail dövlətinin ərazisində hökmranlıq edən Fatimidovlar sülaləsi tərəfindən kəsilib.
Nigar
AzNews.az