Polşa prezidenti Donbas razılaşmasını şərh etdi

18 Fevral 2015 14:06 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu sözləri Polşa prezidenti Bronislav Komorovski "TVN24" telekanalına müsahibəsi zamanı deyib.

Komorovski son Minsk razılaşmasının əhəmiyyətli və lazımlı olduğunu deyib:
"Bu, Ukraynanın müstəqilliyni dəstəkləmək üçün atılan siyasi addımdır. Minskdə Ukraynanın ərazi bütövlüyünün pozulmaması haqda çox vacib danışıqlar aparıldı. Bu öhdəliklər Fransa, Almaniya və Rusiya üçün də keçərlidir" .

Qeyd edək ki, Minsk razılaşmasına əsasən, fevralın 15-də saat 00:00-dan etibarən Ukraynada atəş dayandırılmalı, bütün xarici silahlı birləşmələr, hərbi texnika və muzdlular ATƏT-in müşahidəsi altında Ukraynadan çıxarılmalı, Ukraynada 2015-ci ilin sonuna qədər Konstitusiya islahatı həyata keçirilməlidir.

Nigar
AzNews.az