“Müğənni Röya ilə Anar Cəlilov davasız ayrılıb”

18 Fevral 2015 15:15 (UTC+04:00)
Bir neçə gün öncə mətbuata açıqlama verən Röya müsahibəsində Anardan sonra heç vaxt ailə qurmayacağını deyib.

Anar Cəlilovun isə müğənniyə cavabını gecikməyib. O, mətbuata açıqlamasında Röya ilə rastlaşmaq və barışmaq fikri olmadığını vurğulayıb: "Belə bir fikrim olsaydı, boşanmazdım ki...".

Röyanın mətbuat katibi Türkan Məmmədli bununla bağlı AzNews.az-a bildirib ki, boşanarkən sabiq cütlüyün arasında heç bir problem yaşanmayıb: "Normal şəkildə davasız, filansız, hörmətlə ayrılıblar".

Qeyd edək ki, Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilovun açıqlamasını ATVxəbər.az saytı yayıb.