Azərbaycanda polis bu dələduzları ələ keçirdi - SİYAHI

18 Fevral 2015 16:57 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

O, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Səbail RPİ 8-ci PB, Sabunçu RPİ 13-cü PB və Suraxanı RPİ 32-ci PB əməkdaşları tərəfindən ələ keçirilib.

Gəncə ŞBPİ və Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da Məhəbbət Qurbanovanın evindən 15000 manat dəyərində qızıl əşyalar oğurlayan şəhər sakinləri Xəyal Məmmədov, Emrus Salahov, Adil Qurbanov və Müzəffər Əliyev tutulub.

Goranboy şəhərı ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində operator işləyən Elnur Bağırovu bıçaqla hədələyib 500 manat alan şəhər sakini Rövşən Məmmədli ələ keçirilib.

Nəsimi rayonu ərazisindəki evlərdən birinin girişində maskalı şəxs Nərmin Əzizovanı bıçaqla hədələyib pul verməsini tələb edib və müqavimətlə rastlaşdığından hadisə yerini tərk edib.

Nəsimi RPİ 19-cu PB əməkdaşları hadisəni törədən Lənkəran şəhər sakini Elçin Ramazanovu tutub. Ondan 1 ədəd bıçaq və 2,711 qram tiryək götürülüb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da Ətir Şükürovanı bıçaqla hədələyərək pul tələb edən Abşeron rayon sakini Adil Abdullayev tutulub.

Cari il yanvar ayının 20-dən fevral ayının 17-dək olan müddətdə Maştağa qəsəbəsində yaşayan Rəna Əliyevanın evindən geyim əşyaları oğurlanıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri Orxan Məmmədov, Əzizağa Əzizov, Yeganə Namazova və oğlanları Ramiz və Məhəd tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların fevralın 15-də Zaman Əliyevin evindən məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da Anar İbrahimova, Müzəffər Səfərova və Tural Əliyeva məxsus avtomobillərin akkumulyatorlarını oğurlayan Beyləqan rayon sakini Vasif Ağayev ələ keçirilib.

Nəzakət Hacıyevanın evindən qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Günel Həsənquliyeva tutulub. O, Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən ələ keçirilib.

Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də Əhməd Nicatislamın cibindən mobil telefon oğurlayan Bakı şəhər sakini Asif Kərimov saxlanılıb.

Cabbar Məmmədova məxsus "Hyundai" markalı avtomobildən 1000 manat oğurlayan Abşeron rayon sakini Nahid İbrahimov ələ keçirilib. Onu Nizami RPİ 25-ci PB əməkdaşları tutub.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 22-də Cəmil Mustafayevin evindən noutbuk, mobil telefon və gümüş əşyalar oğurlayan Bakı şəhər sakini İlkin Göyçayev saxlanılıb.