Parlamentdə dava düşdü – 5 deputat yaralandı
19 Fevral 2015 09:55 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "haberturk" saytı yayıb.
Dava iqtidar partiyası hesab edilən AKP-nin və müxalifətçilərə mənsub olan Xalq Respublika Partiyasının deputatları arasında olub.
Nəticədə bir qadın deputat yaralanıb. Daha 3 kişi deputat müxtəlif zədələrlə parlamentin tibb məntəqəsinə aparılıb.
Deputatlardan Aykur Erdoğdu və Musa Çama isə başlarından aldıqları xəsarətə görə xəstəxanaya göndərilib.
Mübahisə təhlükəsizliklə bağlı qanun layihəsinin müzakirəsi zamanı baş verib.