Çılpaq kişi ABŞ səfirliyinə daxil olmaq istədi – Moskvada

19 Fevral 2015 11:38 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "İnterfaks" agentliyi yayıb.

Məlumatda deyilir ki, hadisə dünən saat 21.30 radələrində baş verib.

Bir kişi çılpaq soyunaraq ABŞ-ın Novinsk bulvarında yerləşən səfirliyinin hasarına dırmaşmaq istəyib.

Tutulan şəxs polislərə deyib ki, o, təqib edildiyindən səfirliyin ərazisinə daxil olmaq fikrinə düşüb.


Polislər heç bir sənədi olmayan kişini ruhi-əsəb klinikasına göndərib.