Beyonsa “sürpriz” - Ərinin oğlu peyda oldu (FOTOLAR)

19 Fevral 2015 12:57 (UTC+04:00)


AzNews.az "The National Enquirer"ə istinadən xəbər verir ki, Cey Zinin 21 yaşlı oğlu Nekto Raymir Satterueyt peyda olub.

Nekto iddia edir ki, reper 90-cı illərdə onun anası ilə eşq macərası yaşayıb və nəticədə o, dünyaya gəlib.


Məlumata görə, Raymir öz atasını hələ 2014-cü ildə Nyu-Cersi şəhər məhkəməsinə verib. Reper isə atalıq testi keçməkdən imtina edib.

Beyonsun ərinin vəkilləri məlumatın həqiqəti əks etdirmədiyini deyirlər.