“UAZ” dərəyə aşdı, sürücü öldü – Gədəbəydə

19 Fevral 2015 14:19 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Hadisə rayonun Pirbulaq kəndində qeydə alınıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, Pirbulaq kənd sakini Etibar Aslanov ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.