Futbol11.az-ın məlumatına görə, AZAL – "İnter" oyununda baş verən hadisələrin təfərrüatı məlum oldu. Futbol11.az saytının məlumatına görə AZAL-ın futbolçusu Eltun Yaqublu meydançanın kənarında zədələnib.
Həmin vaxt "İnter"in ehtiyat oyunçular skamiyasında oturan Baçana Sxadadze Eltona təpiklə zərbə endirib. Bunu görən AZAL-ın futbolçusu Nicat Qurbanov Sxadadzeyə etirazını bildirb. Sxadadze də əlindəki sarğını Nicatın sifətinə çırpıb bundan sonra ara qarışıb.