Sarkozidən Yunanıstanın baş nazirinə ittiham

19 Fevral 2015 23:08 (UTC+04:00)


Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Sarkozi "Europe 1" radistansiyasının birbaşa yayımında Yunanıstanın böhran çıxa bilməyəcəyini bəyan edib.

Keçmiş prezident deyib ki, Aleksis Çipras Yunanıstanı böhrandan xilas edə bilmək gücündə deyil. "O, heç bir şansa, müvəffəqiyyətə malik deyil və ölkəsini böhrana aparır",-deyə Sarkozi söyləyib.