ABŞ səmasında meteor yandı

20 Fevral 2015 08:46 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "NASA Meteor Watch" özünün Facebook səhifəsində yazıb.

Meteorun yanması Nyu-York, Ohayo, Pensilvaniya və digər ştatlarda aydın görsənib.

NASA bildirib ki, meteor yerin atmosferində öncə Pensilvaniya ştatında obyektivə düşüb.
Bu mənzərə ABŞ sahillərində - Atlantikadan başlayaraq ta Orta Qərbədək müşahidə edilib.