Putin 10 yaşlı qıza pişik hədiyyə etdi

20 Fevral 2015 15:27 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.

Məlumata görə, Veronika ona pişik verilməsi xahişilə Putinə məktub yazıb.

Murmansk vilayətinin Kovdor rayonunda yaşayan məktəbli bu addımı Putinin Donetsk şəhərində yaşayan 9 yaşlı uşağa telefon və noutbuk bağışlamasından sonra atıb: "İnternetdə ünvanı tapdım, məktub yazıb konvertə qoydum və poçtla göndərdim".

Qız öz məktubunda yazıb ki, o, atasız yaşayır və pişik almaq üçün onların pulu yoxdur: "Evimizdə olan pulla isə yalnız konfet ala bilirik. Xahiş edirəm, mənə "sözəbaxan" boz pişik verin".

Qeyd edək ki, məktəbli qıza pişiyi Kovdor rayonunun meri təqdim edib.