Türkiyə səfirliyindən Elnur Hüseynovun qələbəsinə MÜNASİBƏT
20 Fevral 2015 16:31 (UTC+04:00)
Onun haqqında xoş yazılar nə qədər çoxluq təşkil etsə də mənfi yazılar da az deyil.
AzNews.az məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb.

Səfirliyin mətbuat müşaviri Həmid Qaradəniz Elnur Hüseynovun Türkiyədəki qələbəsinə çox sevindiklərini deyib:
"Türkiyədəki yarışmada azərbaycanlı bir qardaşımızın qalib olması həm də türk xalqını sevindirdi. Əvvəldən də görünürdü ki, Elnur öz performansı ilə birinciliyə doğru gedir. İmkan olduqca onun çıxışlarını izləyirdik və uğurunu sevinclə qarşıladıq".
Mətbuat müşaviri türk mediasından Elnur haqqında gedən xoşagəlməz məlumatlara da münasibət bildirib:
"Hər kəs müxtəlif fikrə sahibdir. Ona görə Elnuru sevən də var, sevməyən də. Amma onu deyə bilərəm ki, Elnuru Türkiyədə sevənlər çoxluq təşkil edir. Müsbət yazı yazanlar da mənfilərdən daha çoxdur".
Nigar
AzNews.az