“Simurq” artıq ən yaxın izləyicisindən 5 xal irəlidədir

4 Oktyabr 2012 20:14 (UTC+04:00)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci turun 4 oyunu keçirilib. Öz meydanında "Sumqayıt"a 1:0 hesabı ilə qalib gələn "Simurq" liderliyini möhkəmlədib. Hazırda hesabında 18 xal olan Zaqatala təmsilçisi ən yaxın izləyicisi "Qarabağ"dan 5 xal irəlidədir.

Kəpəz – Qarabağ 0:0
Bakı – Qəbələ 1:1
Simurq – Sumqayıt 1:0
Rəvan – İnter 0:2

Xatırladaq ki, turun ilk oyunu dünən baş tutub. "Xəzər Lənkəran" rəqib meydanında AZAL-a 2:0 hesabı ilə qalib gəlib.
8-ci turun "Neftçi" – "Turan" qarşılaşması isə birincilərin Avropa Liqasındakı oyunu ilə əlaqədar oktyabrın 8-də keçiriləcək.

Bombardir: Franko Nildo (AZAL) - 7 qol.

AzNews.az