Brilyant Dadaşovadan Nazpəriyə rədd cavabı gəldi- EKSLKÜZİV

5 Oktyabr 2012 04:04 (UTC+04:00)


Xalq artistləri Brilyant Dadaşova ilə Nazpəri Dostəliyeva arasında illərdən bəri davam edən soyuq müharibə yenidən gündəmə gəlib. Dostəliyevanın Dadaşovaya barışıq əlini uzatması biganəliklə nəticələnib.

Sənətçi oğlu Əkbərin toy mərasimində iştirak etməsi üçün Brilyanta zəng vuraraq şəxsən dəvət edib. Müğənni israrla həmkarından toyda iştirak etməsini xahiş edib.

Lakin Brilyant məclisə 1000 AZN miqdarında toy hədiyyəsi yollamaqla təklifi dəyərləndirib və toyda iştirak etməyib.

Qeyd edək ki, hər iki sənətçi illərdən bəridir ki, bir-biri ilə ünsiyyət saxlamır. Hər iki müğənni məclisdə və mətbuat nümayəndələrin olduğu məkanda salamlaşmaqla kifayətlənir.

Mətin Ağayev
AzNews.az