Bakı əhalisi manata görə marketlərə axışdı
21 Fevral 2015 22:21 (UTC+04:00)
AzNews.az xəbər verir ki, əllərində Azərbaycan manatı olan əhalinin bir qismi pullarını xərcləmək üçün supermarketlərə axışıb. Vəziyyət o həddə çatıb ki, market sahibləri nəğd pulla alış verişə üstünlük vermək üçün post terminalları söndürüblər. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olub.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN, 1 avro isə 1.19 AZN səviyyəsində müəyyən edilib.