Ukraynanın 103 hərbçisi əsirlikdən azad edildi

21 Fevral 2015 22:37 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Ukrayna prezidentinin mətbuat xidmətinin rəhbəri Vasili Çeqolko özünün Tvitter səhifəsində yazıb.
Çeqolko daha 140 əsirin də azad ediləcəyini bildirib.

Məlumata görə, separatçılarla əsirlərin dəyişdirilməsi əməliyyatı Luqansk vilayətində həyata keçirilib.
Əməliyyat haqda informasiyanın prezident Petro Poroşenkoya verildiyi deyilir.