Bakıda unun qiyməti bahalaşdı

22 Fevral 2015 16:52 (UTC+04:00)

Bahalaşma faktını AzNews.az-ın əməkdaşı aşkar edib.
Binəqədi qəsəbəsinin Biləcəri şössesində yerləşən Fin marketdə kiloqramı 38 qəpik olan un bu gün 60 qəpiyə satılıb.
O ərazidə olan Davud marketdə isə satışda unun olmadığını deyiblər. Satıcılar bildiriblər ki, müdiriyyət unun satışına icazə vermir.
Onlar bunun bahalaşma ilə əlaqəli olduğunu da gizlətməyiblər.