Yollar buz bağlayacaq- VİDEO

22 Fevral 2015 19:36 (UTC+04:00)
Paytaxtda qarın yağması güclü küləklə müşayət olunur.

Axşama doğru havanın tempraturunun daha da enəcəyi yolların buz bağlayacağı gözlənilir.

Hidrometeorologi Proqnozlar Bürosunun rəhbəri Asif Verdiyev ANS TV-yə açıqlamasında bildirib ki, axşam yollar buz bağlayacaq: "Havanın temperturu 0 dərəcəyə yaxın olacaq. Yollar buz bağlayacaq. Bəzi rayonlarda sula qar və qar yağacağı, eləcə də duman olacağı gözlənilir. Hazırda ən çox qar Lənkəran-Astara ərazisində qeydə alınıb. Lənkəran-Astarada 73, Salyanda 39, Biləsuvarda 30, Altıağacda 32 və Quba rayonun dağlıq ərazilərində isə qarın hüdürlüyüy 35-40 santımetrdir.