Xarkovda partlayış: 3 ölü, 15 yaralı var - VİDEO

22 Fevral 2015 21:55 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı Ukraynanın "Qromadsk" telekanalı yayıb.
Xarkov şəhərində, "Marşal Jukov" metro stansiyasının yaxınlığında qeydə alınan partlayışın şəhər sakinlərinin yürüşü zamanı həyata keçirildiyi deyilir. Nəticədə 3 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
Yürüş ötən il Uraynada baş tutan dövlət çevrilişinin ildönümünə həsr olunub.