Xarkov partlayışında ölənlərin adları açıqlandı – VİDEO
22 Fevral 2015 22:08 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko özünün Facebook səhifəsində yazıb.
Partlayış zamanı ölən şəxslərdən biri yerli fəal İqor Tolmaçovdur. Digər ölən isə milis polkovnik-leytenantı Rıbalçenkodur.
"Partlayış şəhər sakinlərinin yürüşü zamanı həyata keçirilib. Yolun kənarında qarın içərisində öncədən partlayıcı maddə gizlədilib, insanlar o ərazidən keçən zaman isə kənardan idarəetmə üsulu ilə işə düşüb", - deyə Geraşenko bildirib.
Məlumata görə, hadisə zamanı 11 nəfər yaralanıb. Onların arsında 5 nəfər milis əməkdaşının da olduğu deyilir.
Bu faktı Xarkov merinin Sağlamlığın Mühafizəsi məsələləri üzrə müavini Svetlana Qorbunova-Ruban təsdiq edib.