Əcnəbi qadının iylənmiş meyiti tapıldı

5 Oktyabr 2012 04:49 (UTC+04:00)
Bakıda dəhşətli qətl törədildiyi məlum olub. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, 1980-ci il təvəllüdlü Tinko Anjelanın şişmiş və iylənmiş meyiti yaşadığı evdə tapılıb. Meyitə ilkin baxış keçirilərkən qadının üzərində xəsarətlər aşkar edilib.

Polis tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qətli törədən şəxsin kimliyi də müəyyənləşib. Cinayətkarın tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Sevinc
AzNews.az