Azərbaycan mədəniyyət günləri keçiriləcək

5 Oktyabr 2012 04:59 (UTC+04:00)
Oktyabrın 8-dən 10-dək Belarusda Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Tədbirin təntənəli açılış mərasimi Belarus paytaxtındakı Milli Akademik Böyük Opera və Balet Teatrında olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən AzNews.az-a verilən məlumata görə, oktyabrın 8-də Belarus Böyük Teatrında "Azərbaycan ənənələrin və müasirliyin qovuşduğu məkandır" mövzusunda turizm sərgisi və fotoqrafların işlərinin sərgisi açılacaq.

Oktyabrın 9-da ölkənin baş səhnəsində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baletinin tamaşası göstəriləcək.

İlkin
AzNews.az