Nazir: “10 min azərbaycanlı xaricdə oxuyur“

5 Oktyabr 2012 05:07 (UTC+04:00)
"Hazırda Azərbaycanın 10 mindən artıq gənci dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alır. Bu olduqca böyük işdir və Azərbaycan müəlliminin əməyinin sayəsində mümkün olub".

Bunu təhsil naziri Misir Mərdanov bildirib. Nazir azərbaycanlı gənclərin xarici ölkələrdə təhsilinin əsasən Dövlət Proqramının icrası nəticəsində mümkün olduğunu qeyd edib.

Nazir bildirib ki, hər il yüzlərlə gənc təhsilini başa vurub ölkəmizə qayıdır: "Bəzi gənclər xaricdə qalaraq müxtəlif təşkilatlarda çalışır, həmin ölkədəki Azərbaycan diasporunun inkişafına kömək edir".

Elnarə Əlosmanqızı
AzNews.az