Messi qumarxanadan çıxanda yaxalandı - FOTOLAR

24 Fevral 2015 09:58 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, onlar İspaniya La Liqasının 24-cü turunda "Malaqa"ya uduzduqları (0:1) oyundan bir gün sonra, yəni dünən Barselonadakı kazinolardan birinə gediblər.

Messi və Pike orada "Barselona"dan sabiq komanda yoldaşları olan, hazırda "Çelsi"də oynayan Sesk Fabreqasla görüşüblər və birgə əyləniblər.

Hər üç futbolçunun gecə saatlarında kazinonu tərk edərkən şəkilləri çəkilib.

İspaniya mətbuatı Messi və Pikenin məğlubiyyətdən sonra əylənməsini tənqid edib.

"Real"a yaxın qəzetlər isə yazıb ki, Messi və Pikenin bu hərəkəti "Atletiko"ya məğlubiyyətdən sonra ad gününü qeyd edən Kriştiano Ronaldo ilə müqayisədə daha az tənqid edilib.